Türkiyənin İsraildəki seçkilərə müdaxilə iddiaları tamamilə cəfəngiyyatdır Ankaradan CAVAB

29.10.2026

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə hakimiyyəti Ankaranın İsraildə keçirilən parlament seçkiləri prosesinə müdaxilə etməsi ilə bağlı yayılan məlumatları qətiyyətlə təkzib edib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Əks-Dezinformasiya Mərkəzi rəsmi bəyanat yayıb.

Bəyanatda deyilir: "Türkiyənin İsrail seçkilərinə müdaxilə etdiyinə dair iddialar tamamilə əsassızdır və ictimai rəyi manipulyasiya etməyə yönəlmiş qəsdən aparılan dezinformasiya kampaniyasının bir hissəsidir".

Mərkəz beynəlxalq ictimaiyyəti və ictimaiyyəti çaşdırmağa yönəlmiş bu cür uydurma xəbərlərə inanmamağa çağırıb.

Aminə ŞAHSUVARQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью