Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ankara, 14 Aprel, AZƏRTAC
Türkiyənin Kahramanmaraş şəhərində bir məktəbə silahlı hücum olub.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə, Aysel Çalık adına orta məktəbdə baş verən atışma nəticəsində çox sayda yaralının olduğu bildirilir.
Kahramanmaraş qubernatoru Mükerrem Ünlüer silahlı insidentin səbəbinin hələlik məlum olmadığını qeyd edib: “Məktəblərimizdən birində faciəvi bir hadisə baş verib. Yaralıların olduğu barədə məlumat aldıq. Hadisə hərtərəfli araşdırılır",- deyə qubernator bildirib.
Türkiyənin Milli Təhsil naziri Yusuf Tekinin bölgəyə yola düşdüyü məlum olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara