Türkiyənin Kargu PUA sı 10 dan çox ölkəyə ixrac edildi

12.02.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

STM tərəfindən hazırlanan "Kargu" adlı milli vurucu pilotsuz uçuş aparatı  2018-ci ildən Türkiyə Silahlı Qüvvələrinin inventarında yer alır və artıq 10-dan çox ölkəyə ixrac edilib./
Bakıvaxtı.az
bu barədə yerli mediaya istinadla xəbər verir.

STM rəhbəri Özgür Güleryüz bildirib ki, "Kargu"nun ixracı son dövrlərdə artıb və yeni zireh deşici döyüş başlığı üzərində testlər yekunlaşmaq üzrədir. Şirkət həmçinin Ukrayna üçün 2 korvet inşa edir və Maleziya, Portuqaliya ilə yeni hərbi dəniz layihələri həyata keçirir.

Türkiyə müdafiə sənayesi beynəlxalq aləmdə böyük maraq görməkdədir və 2025-ci ildə daha çox uğur gözlənilir.
Nuriyyə Musayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью