Türkiyənin Kazandakı Baş Konsulu Gəncədə olub

10.10.2025

Newscenter.az saytına istinadən Icma.az xəbər verir.


Türkiyənin Kazandakı Baş Konsulu Uğur Yılmaz Gəncə şəhərinə səfəri çərçivəsində Nizami Gəncəvi Muzeyini ziyarəti edib.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı muzeyin rəhbəri Teymur Əliyev sosial şəbəkə hesabında paylaşıb.

Teymur Əliyev bildirib ki, görüşdə Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop və digər rəsmi şəxslər iştirak edib. Muzeylə yaxından tanış olan Baş Konsul Uğur Yılmaz xatirə kitabına öz ürək sözlərini qeyd edib.
Yekunda qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью