Türkiyənin keçmiş xarici işlər naziri ATƏTin yeni baş katibi oldu

06.12.2024

Icma.az, Yeniavaz saytına istinadən bildirir.


Türkiyənin sabiq xarici işlər naziri və bu ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni baş katibi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq “X” sosial şəbəkə səhifəsində bildirib.
“ATƏT-in yeni rəhbərliyini təbrik edirəm. Feridun Sinirlioğlu (Türkiyə) - Baş katib. Mariya Telalian (Yunanıstan) - Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) - ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yan Bratu (Norveç) - Media Azadlığı üzrə nümayəndə”, - Borq qeyd edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью