Türkiyənin keçmiş XİN rəhbəri ATƏTin yeni Baş katibi oldu

06.12.2024

Icma.az bildirir, Azpost portalına istinadən.

Türkiyənin keçmiş xarici işlər naziri və ölkənin BMT-dəki keçmiş daimi nümayəndəsi Feridun Sinirlioğlu ATƏT-in yeni Baş katibi olub.

Azpost.info xəbər verir ki, bunu təşkilatın hazırkı sədri, Maltanın xarici işlər naziri Yan Borq bildirib.

“ATƏT-in yeni rəhbərliyini təbrik edirəm. Feridun Sinirlioğlu (Türkiyə) Baş katib. Maria Telalian (Yunanıstan)  Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri, Kristof Kamp (Niderland) – ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı, Yanvar Bratu (Norveç) – Media Azadlığı üzrə Nümayəndə”, – Borq X-dəki səhifəsində yazıb.

Azpost.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью