Türkiyənin Kemer bölgəsində hotelin tavanı uçub

26.09.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Kemer bölgəsində yerləşən Göynük kurort rayonunda 5 ulduzlu "Transatlantik Hotel & SPA" hotelinin tavanı turistlərin üzərinə uçub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri şahidlərə istinadən məlumat yayıb.

Hotelin qonaqlarının əksəriyyəti ruslardır. Hadisə səhər yeməyi zamanı baş verib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

İlkin məlumata görə, tavan hoteldə rütubət səbəbindən uçub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью