Türkiyənin Konya şəhərində sərnişin avtobusu aşıb, 13 nəfər yaralanıb

14.05.2025

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Konya şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, Antalyadan Konyaya gedən sərnişin avtobusunun aşması nəticəsində 13 nəfər xəsarət alıb.

Hadisə yerinə çox sayda polis, jandarma, tibbi yardım və yanğınsöndürmə qrupları göndərilib.

Yaralanan şəxslər təcili yardımla xəstəxanaya çatdırılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью