Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin kosmos sahəsindəki layihələrindən biri olan “GÖKBAĞI”nın ilk peyki ilk dəfə ictimaiyyətə təqdim olunub.
ASELSAN tərəfindən hazırlanan layihənin real modeli Antalyada keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresində nümayiş etdirilib.
Layihə aşağı Yer orbitində fəaliyyət göstərəcək 198 peykdən ibarət rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. ASELSAN-ın baş direktoru Ahmet Akyolun sözlərinə görə, peyklərin 2028–2029-cu illərdə kosmosa göndərilməsinə başlanılması planlaşdırılır.
“GÖKBAĞI” ilə Türkiyə kosmosdan rabitə imkanlarını genişləndirməyi və bu sahədə milli texnoloji imkanlarını daha da gücləndirməyi hədəfləyir. Layihənin ölkənin kosmos strategiyasında mühüm mərhələlərdən biri olacağı bildirilir.
Səadət Rzayeva
XQ