Türkiyənin Malatya şəhərində 4,6 bal gücündə zəlzələ baş verib AZƏRTAC

26.11.2024

Icma.az, Azertag saytına istinadən bildirir.

Ankara, 26 noyabr, AZƏRTAC

Noyabrın 25-də Türkiyənin Malatya əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadla xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 20.20-də qeydə alınıb.

Zəlzələnin episentri Doğanşehir rayonunda, ocağı isə 9,75 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью