Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı

23.06.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin matçını şərh etdi, FİFA cəzalandırdı

FİFA DÇ-2026-nı işıqlandıran paraqvaylı jurnalist və şərhçi Xorxe Veranın akkreditasiyasını ləğv edib.

QOL.az xəbər verir ki, “ABC Color”un yaydığı məlumata görə, buna səbəb Veranın hakimlər və FİFA rəsmiləri barədə dəfələrlə təhqiramiz ifadələr işlətməsi olub. O, xüsusən D qrupunun 2-ci turunda keçirilən Paraqvay - Türkiyə matçında (1:0) baş hakim İvan Bartonun idarəçiliyini sərt tənqid etmişdi.

Nəticədə Vera akkreditasiyadan məhrum olunmaqla yanaşı, peşə fəaliyyəti ilə bağlı stadionlara giriş hüququnu da itirib. 

Bildirilir ki, jurnalist sonradan səsləndirdiyi fikirlərə görə FİFA-dan və həmkarlarından üzr istəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью