Türkiyənin mədəniyyət və turizm naziri sabah Bakıya gəlir

14.11.2024

Icma.az xəbər verir, Sfera.az saytına əsaslanaraq.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy sabah Bakıya səfər edəcək.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində nazir Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşəcək. Görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlıq sazişinin imzalanacağı nəzərdə tutulur.

Bununla yanaşı, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə görüş keçiriləcək.

Mehmet Nuri Ersoy, həmçinin COP29 çərçivəsində keçiriləcək iclaslarda iştirak edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью