Türkiyənin məşhur gimnastı Bakıda ustad dərsləri keçəcək

04.11.2024

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin məşhur gimnastı, idman gimnastikası üzrə dünya çempionatının (paralel qollarda) və fərdi çoxnövçülük üzrə Avropa çempionatının gümüş medalçısı Əhməd Öndər Bakıda "ustad dərsləri" keçəcək.

Bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbir dekabrın 6-da Milli Gimnastika Arenasında, bir gün sonra isə Heydər Əliyev adına İdman-Konsert Kompleksində gerçəkləşəcək. İlk olaraq klublar, ardınca isə Azərbaycan millisi üçün "ustad dərsləri" təşkil olunacaq.

İntensiv proqram zamanı iştirakçılar Əhməd Öndərin məşq metodikası, texnikası və dünya səviyyəsindəki təcrübələrindən faydalanacaq.

"Ustad dərsləri" həm gimnastlar, həm də bu sahəyə yeni başlayanlar üçün nəzərdə tutulub.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью