Türkiyənin məşhur ifaçısı xəstəxanaya yerləşdirilib

20.07.2025

News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış bəstəkarı və ifaşısı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Yağız Yılmaz məlumat verib.

“May ayında iki dəfə stend taxılan sənətçimiz yenidən xəstəxanaya yerləşdirilib”, – o bildirib.

Sənətçinin durumu stabildir.

Nazan Öncel “Gidelim buralardan”, “Sokak Kızı”, “Erkekler de yanar” kimi ifaları ilə məşhurdur. Bundan başqa, o, digər müğənnilər tərəfindən ifa olunan xeyli sayda hitin bəstəkarıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью