Türkiyənin məşhur markası Azərbaycan üzərindən Orta Asiyaya açılmağı hədəfləyir | Icma.az
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq. Türkiyənin tanınmış keramika və hamam avadanlıqları istehsalçılarından olan Seranit şi
Bu barədə Musavat.com-a “Seranit-Azərbaycan” MMC-nin rəhbəri Ufuk Polat məlumat verib.
Onun sözlərinə görə, şirkətin məhsullarının ölkəmizdə satışı 10 ildən çox müddətdə həyata keçirilib.
U.Polat Azərbaycan bazarının imkanlarının böyük olduğunu bildirir: “Ötən il burada rəsmi təmsilçiliyimizi yaratdıq.
Sahəsi 1600 kvadratmetr olan mağaza-sərgimizi açmışıq. Hazırda Azərbaycan üzərindən Orta Asiyaya ixrac imkanlarını araşdırırıq.
Hesab edirəm ki, bu sahədə böyük potensial var”.Seranit Azərbaycan-da hesab edirlər ki, şirkətin beynəlxalq bazarlarda genişlənmə strategiyasının tərkib hissəsi olan Bakı sərgi salonu təkcə məhsulların nümayiş olunduğu sahə olaraq deyil, həm də müştəri təcrübəsini təkmilləşdirən bir mərkəz mövqeyini daşıyır.
Seranit sərgi salonunda Türkiyənin ilk və yeganə patentli innovativ məhsulu olan Aquanit Porcelain duş kafeli başda olmaqla, ən son keramika kolleksiyaları, hamam mebeli, santexnika, armatur və mətbəx dolabları kimi geniş çeşiddə məhsullar sərgi salonunda ziyarətçilərə təqdim edilir.
Müasir dizaynı və istifadəçi üçün uyğun tərtibatı ilə diqqət çəkən salon Azərbaycanda memarlar, interyer dizaynerləri və inşaat sənayesinin peşəkarları üçün yeni görüş yerinə çevrilib: “Seranit olaraq Azərbaycan bazarının bizim üçün böyük strateji əhəmiyyəti var.
Tam oxu
Xəbəri oxu