Türkiyənin məşhur müğənnisi konsert zamanı öldü

31.03.2025

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Şimali Kipr Türk Cümhuriyyətində konsert verən Türkiyənin məşhur müğənnisi Volkan Konakın səhnədə birdən vəziyyəti pisləşib və o, huşunu itirərək yerə yıxılıb.

Kult.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ilkin tibbi yardımdan sonra xəstəxanaya aparılıb.

Həkimlərin müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, 58 yaşında dünyasını dəyişən Volkan Konak Türkiyədə özünəməxsus ifası ilə tanınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью