Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin məşhur "Beyaz Show" adlı tok-şousu yenidən başlayır.
Modern.az-ın məlumatına görə, bu barədə şounun aparıcısı Beyazıt Öztürk məlumat verib.
O bildirib ki, şou 2025-ci ildə TV8 kanalında yayımlanacaq.
Öztürk dəqiq tarixi açıqlamayıb.
Qeyd edək ki, "Beyaz Show" 1996-2018-ci illərdə yayımlanıb.