Türkiyənin milli valyuta ilə ticarət həcmi artır | Icma.az
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq. Bu ilin ilk səkkiz ayında türk lirəsi ilə xarici ticarət əməliyyatlarının həcmi rek
AZƏRTAC bu barədə Türkiyənin Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir.
Nazirliyin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında xarici ticarətdə müşahidə olunan müsbət meyillər milli valyuta ilə aparılan əməliyyatlara da təsir edib.
Ümumiyyətlə, ilin əvvəlindən 168 ölkənin şirkətləri ilə türk lirəsi ilə ixrac-idxal müqavilələri bağlanılıb.
“Əgər 2024-cü ilin yanvar-avqust aylarında türk lirəsi ilə xarici ticarət əməliyyatları 707,5 milyard lirə təşkil edirdisə, bu ilin ilk 8 ayında bu əməliyyatların həcmi 944 milyard 645 milyon lirəyə çatıb”, - deyə nazirlik bildirib və əlavə edib ki, təkcə 2025-ci ilin avqust ayında 31,864 türk şirkəti xarici ticarətdə iştirak edib.
Daha əvvəl Türkiyənin Ticarət Nazirliyi məlumat vermişdi ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyə ixracının ümumi həcmi 178,1 milyard dollara çatıb ki, bu da ötən ilin ilk səkkiz ayının müvafiq göstəricisindən 4,3% çoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu