Türkiyənin Milli Zəmin Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri azərbaycanlı tələbələr üçün təlim keçəcəklər

06.02.2025

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 6 fevral, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyə-Azərbaycan Universiteti (TAU) və Türkiyənin Milli Zəmin Təhlükəsizliyi İnstitutu (UZGE) arasında əməkdaşlıq memorandumu imzalanıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq çərçivəsində elmi-tədqiqat, texnologiya transferi, metrologiya, standartlaşdırma və sınaq laboratoriyalarının qurulması sahəsində birgə fəaliyyət nəzərdə tutulur. Memoranduma əsasən, tərəflər birgə elmi layihələrin icra olunması, beynəlxalq elmi jurnallarda məqalələrin nəşri, sənaye ilə innovativ həllərin tətbiqi istiqamətində əməkdaşlıq edəcəklər.

Eyni zamanda, AzTU və TAU tələbələri üçün UZGE-nin mütəxəssisləri tərəfindən təlimlər keçiriləcək, laboratoriyalarda praktiki təcrübə imkanları yaradılacaq. Startapların inkişafı və innovasiya ekosisteminin gücləndirilməsi məqsədilə tərəflər Texnologiya Transfer ofisləri vasitəsilə birgə fəaliyyət göstərəcəklər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью