Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda HƏMAS-ın danışıqlar qrupuna rəhbərlik edən Xəlil Əl Hayyanı müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Görüşdə Qəzza üzrə sülh planının ikinci mərhələsi müzakirə edilib.
Görüş zamanı humanitar yardımların artırılması, Rəfah sərhəd keçidinin hər iki istiqamətdə açılması, Qəzza Milli İdarəetmə Komissiyasının işə başlaması və digər məsələlər üzrə məsləhətləşmələr aparılaraq birgə iş razılaşdırılıb.
Bundan əlavə, HƏMAS nümayəndə heyəti Qəzzada sülhün əldə olunmasında Türkiyənin vasitəçiliyinə və sülh planının ikinci mərhələsində Türkiyənin daha böyük rola malik olmasına görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürlərini ifadə ediblər. ("Report" )