Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru ADNSUda olub AZƏRTAC

20.12.2024

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 20 dekabr, AZƏRTAC

Dekabrın 20-də Azərbaycana səfəri çərçivəsində Türkiyənin Niğde Ömer Halisdemir Universitetinin rektoru professor Hasan Uslunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olub.

Bu barədə AZƏRTAC-a ADNSU-dan bildirilib. Rektor əvəzi, dosent Vazeh Əskərovla görüşən professor Hasan Uslu bir neçə gün öncə Türkiyədə - Niğde Ömer Halisdemir Universitetində tərəflər arasında bağlanmış əməkdaşlıq memorandumundan söz açıb. O, qarşıdakı illərdə birlikdə böyük uğurlar qazanacaqlarına əminliyini ifadə edib.

Qonaqlar ADNSU-da olarkən tarix muzeyinə, kitabxanaya, laboratoriyalara və auditoriyalara baş çəkiblər, tədris və təhsil üçün yaradılan şəraitlə tanış olublar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью