Türkiyənin ölkəmizdəki yeni səfiri bu tarixdən vəzifəsinə başlayacaq

13.01.2025

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Belə ki,  Türkiyənin ölkəmizdəki yeni səfiri Birol Akgün olacaq.

Modern.az-ın məlumatına görə, Birol Akgün fevralın əvvəlində Azərbaycana gələcək və vəzifəsinə başlayacaq.

Qeyd edək ki, yeni təyinata qədər Birol Akgün Türkiyə Maarif Vəqfinin sədri olub.

Xatırladaq ki, hazırda Türkiyənin ölkəmizdəki səfiri hazırda Cahit Bağçıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью