Türkiyənin partiya lideri: Türk dünyası üçün birlik və həmrəylik xüsusilə vacibdir

29.01.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Ankara, 29 yanvar, AZƏRTAC

Türk dünyasının birliyi və həmrəyliyi qırmızı bir xətdir. Bu gün türk xalqlarının möhkəmlənməsinə töhfə verən bütün siyasətçilərə səmimi-qəlbdən minnətdarıq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici bu açıqlamanı Ankarada rəhbərlik etdiyi siyasi təşkilatın yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbirdə verib.

Ankaradakı Azərbaycan səfirliyinin nümayəndələrinin də olduğu auditoriya qarşısında çıxış edən Destici Türk Dövlətləri Təşkilatını (TDT) maarifçi İsmayıl bəy Qaspıralının məşhur deyiminin təcəssümlərindən biri – “Dildə, fikirdə, işdə birlik” adlandırıb.

Onun sözlərinə görə, TDT ölkələrinin birliyi dövrümüzün artan problem və çağırışları, eləcə də beynəlxalq hüquq böhranı fonunda xüsusilə vacibdir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью