Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin qərbində yerləşən təpələrdə bronz dövrünə aid yüzlərlə arxeoloji abidə mövcuddur.
Onlar uzun illər ərzində bir-biri ilə əlaqəsi olmayan kiçik yaşayış məntəqələri kimi qiymətləndirilib.
Lakin yeni araşdırmalar həmin məskənlərin, əslində, min illər əvvəl Şərqi Aralıq dənizi bölgəsini gərginlikdə saxlayan güclü və vahid bir siyasi qurumun tərkib hissəsi ola biləcəyini göstərir.
Miladdan əvvəl 2000–1200-ci illəri əhatə edən orta və gec bürünc dövrü adətən iri dövlətlərin, geniş diplomatik əlaqələrin və eyni zamanda, dərin böhranların dövrü kimi təsvir edilir.
Tarix dərsliklərində Misirin Yeni Krallığı, Yunanıstanın materik hissəsində Mikena mədəniyyəti, Anadoluda Hett dövləti, Mitanni və Assuriya kimi adlar üstünlük təşkil edir.
Lakin Anadolunun qərb hissəsi - hettlərin şərqdə, mikena mədəniyyətinin isə qərbdə yerləşdiyi ərazi - bu təsvirlərdə daim kölgədə qalıb.
Ənənəvi yanaşmaya görə, həmin coğrafiya, sadəcə, iki böyük gücün təsir zonası idi. Bu təsəvvürləri dəyişən isə yeni arxeoloji məlumatlardır.