Türkiyənin regionda mövcudluğu danılmazdır: Tramp Cənubi Qafqazı Rusiyaya güzəştə getməyəc…
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir. İran regionda təsirini artırmaq istəyir.
Zəngəzur dəhlizi ilə bağlı “qırmızı cizgilərini” mütəmadi olaraq xatırlatması da bu səbəbdəndir.Bu sözləri Ermənistanın Sankt-Peterburqdakı sabiq baş konsulu, politoloq Vardan Akopyan deyib.“Zəngəzur dəhlizinin Türkiyə ilə İran arasında münaqişəyə səbəb ola biləcəyi istisna edilmir.
İran və Rusiyanı birləşdirən budur və neo-osmanlılığa müqavimət qüvvəsi Rusiya-İran tandemidir, çünki Osmanlı İmperiyası bərpa olunarsa, ona qarşı heç bir yol qalmayacaq.
Tramp da bunu başa düşür, amma bu, ona təsir etmir”, - o bildirib.Akopyanın fikrincə, ABŞ Cənubi Qafqazı Rusiyaya verəcək, amma müəyyən razılaşmalarla:“ABŞ Rusiyanın Cənubi Qafqazda dominant mövqeyini tanıyacaq.
Əvəzində Suriya və Fələstinin problemlərini həll edəcək”.Politoloq Aytən Qurbanova "Sherg.az"a bildirib ki, Ermənistan tərəfinin növbəti ittihamı açıq şəkildə təxribat xarakteri daşıyır:"İran rəsmiləri bu günə qədər verdikləri bəyanatlarda "qırmızı xətt" ifadəsini Zəngəzur dəhlizi ilə bağlı mövqelərinin əsas prinsipi kimi vurğulayıblar.
Lakin bu dəhlizin İranın maraqlarına və müəyyənləşdirdiyi "qırmızı cizgi"yə hansı aspektdə zidd olduğu barədə məntiqli və əsaslı izahlar təqdim etmirlər.
Bu isə sadəcə İranın gizli niyyətlərinin əksi kimi qiymətləndirilə bilər.
Osmançılıq məsələsinə gəldikdə, Türkiyənin regiondakı mövcudluğu sülh və sabitliyə töhfə verə biləcək əsas amillərdən biri kimi dəyərləndirilməlidir.
Tam oxu
Xəbəri oxu