Türkiyənin sənaye zonası ilə əməkdaşlıq

08.10.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) və Türkiyənin Adana Hacı Sabancı Organize Sənaye Zonası arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlıq edəcəklər. Bununla bağlı İZİA İdarə Heyəti sədrinin müavini Aqil Əzizov və Adana Hacı Sabancı Organize Sənaye Zonası İdarə Heyətinin sədri Bekir Sütçü anlaşma memorandumu imzalayıblar.

Agentlikdən XQ-yə bildirilib ki, memoranduma uyğun olaraq sənaye müəssisələri və investorlar arasında B2B əlaqələrin genişləndirilməsi, sənaye zonalarında yaşıl texnologiyaların tətbiqi, enerji səmərəliliyinin artırılması, rəqəmsallaşma, innovasiya və klasterləşmə sahələrində təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur.

Azərbaycanın Türkiyədəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizə səfər edən Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri ilə İZİA-nın idarəçiliyində olan Sumqayıt Sənaye Parkında görüş keçirilib. Görüşdə sənaye sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Adana Hacı Sabancı Organize Sənaye Zonasının nümayəndələri Sumqayıt Sənaye Parkında fəaliyyət göstərən bir sıra müəssisələrin fəaliyyəti ilə də tanış olublar.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью