Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31 də qlobal miqyasda paylaşılacaq

21.09.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 21 sentyabr, AZƏRTAC

Türkiyənin “Sıfır Tullantı” yanaşması artıq yalnız tullantıların idarə olunması deyil, iqlim siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, bunu “Sıfır Tullantı” Fondunun sədri və COP31-in yüksəksəviyyəli iqlim çempionu Samed Ağırbaş mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Türkiyənin birinci xanımı Əminə Ərdoğanın rəhbərliyi ilə 2017-ci ildə başlayan “Sıfır Tullantı” Hərəkatı ölkənin bu sahədə əldə etdiyi təcrübənin COP31 çərçivəsində qlobal miqyasda paylaşılması üçün mühüm baza yaradıb.

Onun sözlərinə görə, Türkiyənin təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” çalışmaları dünya iqlim gündəmində getdikcə daha geniş yer tutur.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью