Türkiyənin Silivri sahillərində iki ticarət gəmisi toqquşub

02.09.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin Silivri sahillərində Türkiyə bayrağı altında üzən iki ticarət gəmisinin toqquşması nəticəsində “Tuğberk İmamoğlu” gəmisi və göyərtədəki 10 heyət üzvü ilə əlaqə kəsilib.

Bu barədə İstanbul valiliyi məlumat yayıb.

Açıqlamada deyilir: “Saat 03:00 radələrində Silivri sahillərindən 18 mil cənubda, Kocaelidən Əliağaya gedən Türkiyə bayrağı altında üzən “Alsu” ticarət gəmisi ilə İskəndərun limanından Karadeniz Ereğliyə gedən, Türkiyə bayrağı altında üzən “Tuğberk İmamoğlu” ticarət gəmisi toqquşub”.

Bəyanatda qeyd olunur ki, hadisə yerinə Sahil Mühafizəsi, Sahil Təhlükəsizlik Müdirliyi, Marmara və Boğazlar Sahil Mühafizəsi Komandanlığından çoxsaylı dəniz qüvvələri, eləcə də Sahil Mühafizəsi helikopteri göndərilib.

Bəyanatda bildirilir ki, əraziyə gələn bölmələrdən alınan ilkin məlumatlara görə, “Alsu” gəmisində heç bir görünən zədə aşkar edilməyib.

“Lakin “Tuğberk İmamoğlu” ticarət gəmisi və göyərtədəki 10 heyət üzvü ilə əlaqə hazırda mümkün deyil. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir”, - İstanbul valiliyinin məlumatında bildirilir.

P.ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью