Türkiyənin şimalında avtobus qəzasında 23 nəfər yaralandı KONKRET

06.04.2025

Konkret.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin şimalındakı Çorum şəhərində avtobusun iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində 23 nəfər yaralanıb.

KONKRET.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

“Adana Qızıl Portağal Çiçəyi Festivalından qayıdan şəxsləri daşıyan <…> tur şirkətinə məxsus avtobus Yozqat – Çorum şosesində Elicek kəndi yaxınlığında yoldan çıxaraq yol kənarındakı torpaq əraziyə çırpılıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, 54 nəfərin olduğu nəqliyyat vasitəsində 23 nəfər yaralanıb. Olduqları yerdə sıxılı vəziyyətdə qalan bəzi yaralılar xilasedicilər tərəfindən qurtarılıblar.

Yaralıların həyati təhlükədə olmadığı vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью