Türkiyənin Sivas şəhərində mehmanxanaların birində partlayış baş verib, yaralananlar var AZƏRTAC

21.01.2025

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 21 yanvar, AZƏRTAC

Türkiyənin Sivas əyalətindəki mehmanxanaların birində baş vermiş partlayış nəticəsində dörd nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, hadisə yerli vaxtla 09:20-də Yıldız Dağı dağ-xizək kurortu ərazisində yerləşən mehmanxanada baş verib.

Partlayış baş verən an mehmanxanada bir qrup xizəkçi olub.

Hadisənin səbəbləri araşdırılır.

Bundan başqa, bu gün Bolu əyalətinin Kartalkaya dağ-xizək mərkəzi ərazisində yerləşən mehmanxanada yanğın baş verib. İlkin məlumatlara görə, 10 nəfər həyatını itirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью