GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Məhkəmə türkiyəli məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu ilə bağlı yekun qərar çıxarıb.
Globalinfo.az xəbər verir ki, məşhur menecer Ayşe Barım barəsində “Gezi parkı” hadisələrinə görə başladılan cinayət işi çərçivəsində istintaqa cəlb edilən aktyor yalan ifadə verməkdə ittiham olunublar.
H.Ergençe 1 il 10 ay 15 gün, R.Kocaoğluna isə 1 il 8 ay həbs cəzası verilib.
Qeyd edək ki, H.Ergenç “Muhteşem yüzyıl”, “Binbir gece” kimi seriallarda canlandırdığı obrazlarla tanınır. R.Kocaoğlu da “Çukur”, “İçerde”, “Yaxşı adamın 10 günü” kimi ekran işləri ilə populyarlıq qazanıb.
Əliyar Xəlil
Globalinfo.az