Türkiyənin Suriyada hərbi bazalar quracağı iddialarına aydınlıq gətirilib

06.03.2025

Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.

Türkiyənin Suriyada hərbi bazalar quracağı iddialarına aydınlıq gətirilib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələr bildirib ki, Suriyada 3 yeni bazanın qurulacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Eyni zamanda, MN “İsrailin Dəməşqə hücumundan sonra Türkiyə F-16-larının şəhər üzərində uçuşu ilə bağlı” sosial mediada yayılan xəbərlərləri yalanlayıb.

Qeyd edək ki, İsrail mətbuatında Türkiyənin Suriyada 3 yeni baza quracağı ilə bağlı xəbərlər yayılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью