Türkiyənin tanınmış mafiya lideri həbsxanada öldü

13.03.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Türkiyədə tanınmış kriminal avtoritet Həsən Heybətli həbsxanada dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, 75 yaşlı mafiya başçısı cəza çəkdiyi kamerada ölü tapılıb. Mafiya liderinin ölüm səbəbi bəlli deyil.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Xatırladaq ki, H.Heybətli tanınmış müğənni Muazzez Abacının keçmiş həyat yoldaşı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью