Türkiyənin tanınmış müğənnisi Sertab Erener məhkəməyə verildi

20.03.2025

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin tanınmış müğənnisi Sertab Erenerə qarşı məhkəmədə iddia qaldırılıb.

Oxu.Az "Sabah" qəzetinə istinadla xəbər verir ki, ifaçı özünə aid mahnıları "YouTube" kanalında icazəsiz paylaşmaqda ittiham olunur.

Belə ki, musiqi prodüser şirkəti İstanbul Əqli Mülkiyyət Məhkəməsinə müraciət edərək, "Lal" və "Sakin Ol" adlı albomların rəqəmsal platformada icazəsiz paylaşıldığını iddia edib.

Şirkət sözügedən albomların müəllif hüquqlarının özünə məxsus olduğunu bildirir. 60 yaşlı sənətçidən mahnıları platformadan silməsi və bir daha orada yerləşdirməməsi tələb edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью