Türkiyənin tarixində ilk: Şahzadə Ərdoğanın görüşünə gəlir

04.12.2024

Publika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yaponiyanın vəliəhd şahzadəsi Akişino Türkiyə-Yaponiya diplomatik əlaqələrinin qurulmasının 100-cü ildönümü çərçivəsində Türkiyəyə rəsmi səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Kommunikasiya direktoru Fahrettin Altun açıqlama verib.

3-7 dekabr ərəfəsində səfər edəcək şahzadə-vəliəhdin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Fahrettin Altunun sözlərinə görə, Akişino İstanbulda ictimai və mədəni tədbirlərə də qatılacaq:

"Səfər çərçivəsində Türkiyə və Yaponiyanın birgə həyata keçirdiyi Kalehöyük qazıntı sahəsində də araşdırmalar aparılacaq. Ümid edirik ki, ölkəmizə imperator ailəsindən şahzadə-vəliəhd səviyyəsində olan bu ilk rəsmi səfər Türkiyə ilə Yaponiya arasında köklü dostluq və həmrəylik bağlarının daha da möhkəmlənməsinə səbəb olacaq”.

Roza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью