Türkiyənin təbii qaz idxalı azalıb

14.01.2026

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


Türkiyənin təbii qaz idxalı 2025-ci ilin noyabr ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə 13,2 faiz azalaraq 5 milyard 38 milyon kubmetrə çatıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarı Tənzimləmə Orqanının noyabr ayı üçün "Təbii Qaz Bazarı Sektoru Hesabatı"nda məlumat verilib. Hesabata görə, idxalın 3 milyard 129 milyon kubmetri boru kəmərləri, 1 milyard 908 milyon kubmetri isə mayeləşdirilmiş təbii qaz (LNG) qurğuları vasitəsilə həyata keçirilib.
Beləliklə, bu dövrdə ümumi təbii qaz idxalı illik müqayisədə 13,2 faiz azalaraq 5 milyard 38 milyon kubmetrə çatıb.
Sözügedən dövrdə ən çox boru kəməri qazı idxalı 1 milyard 204 milyon kubmetrlə Rusiyadan olub. Onu 1 milyard 36 milyon kubmetrlə Azərbaycan və 888 milyon kubmetrlə İran izləyib.
Süleyman
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью