Türkiyənin təhsil heyəti Ədəbiyyat Muzeyində

08.10.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Cümhuriyyəti Yunis Əmrə İnstitutunun şəhərimizdə qonaq olan bir qrup müəllim və tələbə heyəti Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.

Qonaqlar muzeyin ekspozisiya zallarını gəzib, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun bələdçiliyi ilə Azərbaycan ədəbiyyatı və tarixinin qədim dövrlərdən başlayaraq müasir zamanaqədərki salnaməsi ilə tanış olublar.

Yunis Əmrə İnstitutunda Azərbaycan ədəbiyyatı üzrə də dərslərin keçirildiyini vurğulayan müəllimlər klassik və XX əsr ədəbiyyatımızın nümayəndəli haqqında izahatı maraqla dinləmişlər.

Q.YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью