Türkiyənin “terrora son!” qərarı

27.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin şərqindəki Muş vilayətində Malazgirt döyüşünün 955-ci ildönümünə həsr olunmuş tədbirdəki çıxışında bildirib ki, Ankara "terrorsuz Türkiyə" və “terrorsuz region” vizyonu ilə bağlı hədəflərə çatmaqda qərarlıdır. “Anadolu” agentliyinin yaydığı məlumatda deyilir ki, dövlət başçısı Türkiyənin "güclü və birlik içində qalmaqdan başqa seçiminin olmadığını" vurğulayaraq, regionu yenidən "sülh və rifah diyarına" çevirmək əzmini ifadə edib: “Vətənimizin, dövlətimizin və xalqımızın gələcəyi məsələsində heç kimin qarşısında geri çəkilməyəcəyik”.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью