Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinə məxsus olan təyyarə Xorvatiyada yoxa çıxıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Xorvatiyada baş verən yanğının söndürülməsinə dəstək üçün göndərilən iki yanğınsöndürmə təyyarəsindən biri ilə rabitə kəsilib.
Məlumata görə, Xorvatiyann müvafiq qurumları ilə birgə axtarışa başlanılıb.
Türkiyə mediası yazır ki, bu gün Bakı vaxtı ilə saat 18:38-də Zaqreb Hava Limanına havalanan təyyarələrdən biri ilə saat 19:25-də əlaqə tam kəsilib: "İtkin düşmüş təyyarə və pilotla əlaqəni bərpa etmək üçün Xorvatiya bölmələri ilə koordinasiyalı şəkildə axtarış-xilasetmə işlərinə başlanılıb".
Tahir Şəlvəli
MİA.AZ