Türkiyənin TRT 1 radiosunda Nizami Gəncəvi yaradıcılığından danışılıb

25.11.2026

Icma.az, Newscenter.az saytına istinadən bildirir.


Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 850 illik yubileyi çərçivəsində Azərbaycanda təşkil olunan tədbirlər, onun irsinin öyrənilməsi istiqamətində atılan addımlara qardaş Türkiyədə də böyük maraq göstərilir. Məhz bu marağın göstəricisidir ki, Türkiyənin TRT 1 radiosu proqramlarının birini Nizami Gəncəviyə həsr edib.

Newscenter.az xəbər verir ki, radionun “Yedi İklim Bir Lisan” proqramının qonağı Gəncədəki Nizami Gəncəvi Muzeyinin qonağı Teymur Əliyev olub. Teymur Əliyev proqramda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 885 illik yubileyi, onun zəngin ədəbi-fəlsəfi irsi, eləcə də Nizami Gəncəvi Muzeyinin fəaliyyəti və yubiley çərçivəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью