Türkiyənin turizm gəliri rekord həddə çatıb

31.01.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin ötən il turizm gəliri rekord həddə - 65.2 milyard dollara çatıb ki, bu da əvvəlki ilə nisbətən 6.8% çoxdur.

Moderator.az xəbər verir ki, bu barədə "Dünya" qəzeti ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoya istinadən xəbər yayıb.

"Ölkəmizin 2025-ci il üçün turizm gəlirləri 65.23 milyard dollar qiymətləndirilir və 2026-cı il üçün hədəf 68 milyard dollardır. Keçən il Türkiyəyə 64 milyon turist səfər edib", - deyə nazir bildirib.

Mehmet Nuri Ersoy xatırladıb ki, BMT-nin turizmlə bağlı hesabatlarına görə, Türkiyə 2017-ci ildə ən çox turist qəbul edən ölkələr arasında qlobal miqyasda səkkizinci yerdə qərarlaşmışdı, 2024-cü ilə qədər isə ölkə dördüncü yerə yüksəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью