Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“2024-cü ildən başlayaraq, Ukrayna ilə Rusiya arasındakı münaqişə yalnız iki ölkə arasında deyil, daha geniş bir geosiyasi müstəvidə cərəyan edir.
Xüsusən Rusiya ilə NATO, ABŞ və digər Qərb ölkələri arasında gərginliklər müharibənin əsasını təşkil edir” Bu fikirləri Moderator.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Yücel Karauzun sözlərinə görə, bu münaqişə təkcə Ukraynanın ərazi bütövlüyü məsələsi deyil, həm də böyük güclərin strateji maraqlarının toqquşduğu bir müharibədir: “Rusiya 2024-cü ildən başlayaraq Krım və Donbas bölgəsindəki fəaliyyətləri ilə bölgədəki vəziyyəti gərginləşdirdi.Bu müddət ərzində, Qərb ölkələri Ukraynanı təhlükəsizlik və kəşfiyyat sahəsində hazırlamaqla yanaşı, Ukraynanın silahlanmasına və hərbi təlimlərinə də dəstək verdi.
Buna görə də, müharibə yalnız Rusiya ilə Ukrayna arasında bir qarşıdurma deyil, həm də Qərb ilə Rusiyanın mübarizəsidir.
Qərb dünyası, xüsusən də ABŞ, müharibənin hərbi və siyasi tərəflərində fəal iştirak edir və Rusiya üzərində təzyiq yaratmağa çalışır.
Rusya yalnız deyil. İran və Şimali Koreya kimi ölkələr də Rusiyanın yanında yer alır.
Lakin bu dəstək, İkinci Dünya Müharibəsində olduğu kimi güclü və birbaşa müttəfiqlərdən ibarət deyil.