Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu gün NATO-nun Baş katibi Mark Rütte Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.
Mark Rütte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, habelə xarici işlər naziri Hakan Fidan və müdafiə naziri Yaşar Gülərlə danışıqlar aparacaq.
Bəs danışıqların hansı formatda olacağı gözlənilir? Türkiyənin mövqeyi necə olacaq?
Bu barədə Moderator.az-a açıqlama verən politoloq Oqtay Qasımov deyib ki, Ukrayna-Rusiya müharibəsi dünya gündəmini zəbt edən və qlobal güclərin bir-birinə qarşı təsir güclərini nümayiş etdirdiyi bir münaqişə halını alıb: "Türkiyə müharibə boyunca hər zaman Ukraynanın ərazi bütövlüyünə qarşı çıxmayacağını və bu prinsipə sadiq qalacağını ifadə edib.
Bu müharibədə Türkiyə öz mövqeyini açıq və birmənalı şəkildə müəyyən edib.
Türkiyə ilk gündən etibarən Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib və bu mövqeyi hər platformada təkrarlayıb.
Hətta Türkiyə Prezidenti, Rusiya Prezidenti ilə görüşlərində də bu məsələnin vacibliyini vurğulanıb.Lakin, Türkiyənin mövqeyi yalnız Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdən ibarət deyil.