Türkiyənin vitse prezidenti: Ankara ABŞ tariflərinin iqtisadiyyata təsirini yaxından izləyir

21.04.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Ankara, 21 aprel, AZƏRTAC

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, rəsmi Ankara ABŞ-ın tarifləri dəyişməsi və onların ölkə iqtisadiyyatına təsiri ilə bağlı prosesləri diqqətlə izləyir.

AZƏRTAC xəbər verir ki, o, Türkiyənin İqtisadi Koordinasiya Şurasının iclasının keçirildiyi Giresun şəhərində ticarət müharibələri mövzusunu şərh edib.

Siyasətçi əmin edib ki, Türkiyə hökuməti lazım gələrsə, qlobal ticarətdə böhranların təsirini minimuma endirmək üçün bütün lazımi addımları atacaq. “Belə vaxtlarda proseslərə məhəl qoymamaq və avtomatik pilotla hərəkət etmək olmaz. Dinamik həll yollarına ehtiyac var”, -deyən vitse-prezident Türkiyənin bu mövzuda bir çox başqa ölkələrdən daha yaxşı vəziyyətdə olduğuna diqqət çəkib.

C.Yılmaz Türkiyədə güclü daxili bazarın mövcudluğunu diqqətə çatdırıb və qeyd edib ki, bu, xarici faktorların mənfi təsiri riskini azaldır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью