Türkiyənin vitse prezidenti terrorçulara çağırış ETDİ

25.03.2025

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Terrorçular üçün ən optimal yol təslim olmaq və silahı yerə qoymaqdır.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz “Habertürk”ün efirində PKK-YPG terrorçularına çağırış edərkən deyib.

C.Yılmaz bildirib ki, onlar toplantı keçirməli və müvafiq qərar qəbul etməlidirlər.

O, konkret tarix açıqlamasa da, terrorçuların ən qısa zamanda özlərini ləğv etmələri barədə qərarın ən düzgün seçim olduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью