Türkiyənin voleybol yığması Millətlər Liqasında mübarizəni dayandırıb

25.07.2025

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin qadınlardan ibarət voleybol yığması Millətlər Liqasında növbəti oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, komanda 1/4 finalda Yaponiya millisi ilə qarşılaşıb.

Polşanın Lodz şəhərində yerləşən “Atlas Arena”da keçirilən görüş Asiya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da “ay-ulduzlular” turnirlə vidalaşıb.

Türkiyəli Fərhat Akbaşın baş məşqçisi olduğu Yaponiya seçməsi yarımfinalda Braziliya – Almaniya qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью