Türkiyənin xarici ticarət kəsiri 10%dən çox azalıb | Icma.az
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Müəllif: Gülnar Əhmədli, Banco.az Bu ilin oktyabr ayında Türkiyənin xarici ticarət kəsiri 5,91 milyard dollar olub.
Banco.az xəbər verir ki, ölkənin xarici ticarət kəsiri ötən ilin eyni ayına nisbətən 10,5% azalıb.
Məlumata görə, oktyabr ayında Türkiyənin ixracı 2023-cü ilin eyni ayına görə 3,1% artaraq 23,5 milyard dollara çatıb, idxalı isə eyni qalaraq 29,4 milyard dollar olub.
Yanvar-oktyabr aylarında ixrac 3,1% artaraq 216 milyard 195 milyon dollara yüksəlib, idxal isə 7,2% azalaraq 282 milyard 49 milyon dollara enib.
Ən sərfəli kredit üçün müraciət et Bizi sosial şəbəkələrdən izləyin!!
Facebook Instagram Telegram Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu