Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı diplomatik təmasları davam etdirir.
APA Türkiyə Xarici İşlər Nazirliyinə İstinadən xəbər verir ki, ölkənin baş diplomatı bu dəfə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
“Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Söhbət zamanı Suriyadakı son hadisələr müzakirə olunub”, - məlumatda deyilir.