Türkiyənin XİN başçısı Suriyanı müzakirə etmək üçün İordaniyaya səfər edəcək

13.12.2024

Missiya.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dekabrın 14-də Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyaya səfər edəcək.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici siyasət idarəsinin mətbuat xidməti

məlumat yayıb.

“Cənab nazir 14 dekabr 2024-cü il tarixində İordaniyanın ev sahibliyi ilə təşkil ediləcək Suriya mövzulu iclasda iştirak edəcək”, – mətbuat xidmətinin dərc etdiyi press-relizdə qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Türkiyənin XİN başçısı amerikalı həmkarı Antoni Blinkenlə Suriyadakı vəziyyəti müzakirə etmişdi.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью