Türkiyənin XİN başçısı Yunanıstanda səfərdədir

08.11.2024

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan noyabrın 8-də Yunanıstana işguzar səfər edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Səfər çərçivəsində Türkiyənin XİN başçısı ilə yunan həmkarı Yorgo Gerapetritis arasında keçiriləcək görüşdə ikitərəfli münasibətlərlə yanaşı, bir sıra regional və qlobal məsələlərin də müzakirəsi nəzərdə tutulur. Görüşdən sonra iki nazirin mətbuata birgə açıqlama vermələri gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью